Qaradağda yol qəzasında 5 nəfər ölüb

Qaradağda yol qəzasında 5 nəfər ölüb

Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı "Saipa"-nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər. 
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə. 
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. 
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR