Qaradağda sərnişin avtobusu qəza törədib, xəsarət alan var – FOTO

Qaradağda sərnişin avtobusu qəza törədib, xəsarət alan var – FOTO

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Aktual.az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib.
Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.
Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.
Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
BNA qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR