“Qarabağ”ın oyununa 450 azarkeş gəldi

“Qarabağ”ın oyununa 450 azarkeş gəldi
  • İDMAN

Bu həftə Topaz Premyer Liqasında 3-cü tura yekun vuruldu.

Aktual.az xəbər verir ki, o qədər də bolqollu alınmayan turda gözlənilməz nəticə də qeydə alınmayıb. 

Azarkeş baxımından isə vəziyyət yenə də bərbad olaraq qalır. 

Çempionatın liderləri “Qəbələ” və “Qarabağ”ın oyunlarını toplam 1350 azarkeş izləyib. “Qırmızı -qaralar”ın “Kəpəz”lə oyununa 900, ağdamlıların Mərdəkanda AZAL-la matçına isə cəmi 450 azarkeş tamaşa edib. 

Uğursuz nəticələrlə azarkeşləri özündən çıxaran “Neftçi” – “Sumqayıt” matçını 1500 tərəfdar arenadan izləyib.

“Zirə” – “İnter” qarşılaşmasında isə 1000 nəfər komandalarını dəstəkləyib. 

Ən böyük azarkeş kütləsi isə gözlənildiyi kimi Lənkəranda qeydə alınıb. “Xəzər Lənkəran”ın “Rəvan”la qarşılaşmasında isə 9500 nəfər cənublu tərəfdar “ağ-yaşıllar”ı dəstəkləyib.

 
Xəbər 1013 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR