"Qarabağ"ın futbolçusu: "Atamın ölümü..."

  • İDMAN

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etməsi barədə daha əvvəl xəbər vermişdik.

Aktual.az goal.az-a istinadən xəbər evrir ki, milli komandamızın üzvü bu səbəbdən Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boyz"la cavab oyununu buraxmalı olmuşdu. Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bu gündən etibarən məşqlərə başlayıb.

Elvin baş verən son hadisələrlə bağlı klubun rəsmi saytına danışıb:

"Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalistlərdən, azarkeşlərdən xeyli SMS-lər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boyz"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bu gündən məşqlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR