"Qarabağ"dan dava açıqlaması: Qurbanovun nəzarətindədir!


Baş məşqçimiz lazımi tədbiri görəcək.
Aktual.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"la oyununda baş vermiş insidentlə bağlı danışarkən deyib.
O, məsələnin klubun baş məşqçisi Qurban Qurbanovun nəzarətində olduğunu bildirib:
"Baş məşqçi bununla bağlı açıqlama verib və bütün məsələlər onun səlahiyyətindədir. Klubun futbolçuları da tam olaraq Qurban Qurbanovun nəzarətindədir. Lazım olan nə tədbir varsa, baş məşqçi tərəfindən görüləcək".
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR