Qarabağ əlili DYP rəisinə görə maşınını belə yandırdı - VİDEO

Qarabağ əlili DYP rəisinə görə maşınını belə yandırdı - VİDEO

Qaxda yaşayan Bəxtiyar adlı Qarabağ müharibəsi əlili rayon DYP rəisi Ayaz Məmmədovun hərəkətlərinə etiraz əlaməti olaraq öz avtomobilini nümayişkaranə tərzdə yandırıb. Bu barədə blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanmış videoçarxda deyilir.

Şikayətçinin sözlərinə görə, o, dörd uşaq atasıdır və avtomobilində sərnişin daşımaqla onlara çörək pulu qazanıb. Bu ilin yayında düşdüyü kiçik yol qəzasılna görə Bəxtiyar 400 manat cərimə olunub.

Lakin sonradan hakim, ailənin acınacaqlı vəziyyətini nəzərə alaraq, cəriməni ictimai işlərlə əvəz edib. DYP rəisi Ayaz Məmmədov hakimin qərarını icra etməkdən imtina edib və taksi sürücüsündən 400 manat cəriməni ödəməsini tələb edib.

Nəhayət, sürücü öz avtomobilini yandırmaq qərarına gəlib. Bəxtiyar söz verib ki. yaxın 10 gündə problemi həll edilməsə, özünü də yandıracaq. //virtualaz.org
 
Aktual.az
Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR