"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq

  • İDMAN

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Aktual.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Hakken" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. "Hakken”in isə hesabında xal yoxdur.
UEFA Avropa Liqası
VI tur
21:45. "Qarabağ" - "Hakken" (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR