"Qanunlara əməl olunmur, pullar şəxsi ciblərə axır"


"Qanun var ki evlər satıldıqdan 6 ay sonra kooperativlər ləğv olunmalıdır. Amma qanuna əməl olunmur".

Aktual.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O, hesab edir ki, bu səlahiyyətlər bələdiyyələrə verilməyincə yeni mənzillərdən vətəndaş zərərlə istifadə etməli olacaq:

"Bütün köhnə binalarda Ailə Tv-yə qoşulma pulsuz və aylıq 9 manatdırsa, yeni tikilən binaların əksəriyyətində qoşulma minimum 100 manat və aylıq minimum 13 manatdır. Ailə Tv deyir ki, sizin verdiyiniz artıq pullar komendatların cibinə gedir. Başqa Kabel televiziyasını da buraxmırlar. Ev pulu aylıq 30 manatdan başlayır. Qaraj minimum 60 manatdır. Elektrik sayğacı əhaliyə 100 manata, su sayğacı 50 manata, qaz sayğacı 400-500 manata satılır. Üstəlik də heç bir xidmət göstərilmir".

F.Mustafa qeyd edir ki, bu problemlər rayonlarda da var: "Məsələn, İsmayıllı rayonunda İvanovkaya yaxın kəndlərə su çəkilsə də, yerli məmurlar suyu iki gündən bir cəmi 1 saatlığa vətəndaşa verirlər, o da çox zaman bütün həyətlərə çatmır. Bu insanlar onsuz da əziyyət içinde yaşayırlar. Üstəlik sudan da məhrum olanda kənddə yaşamağın bir mənası qalmır. Quşənçə kimi böyük kənddə ümumiyyətlə, su problemi insanların normal yaşamını pozub. Sonra da deyirik ki, insanlar niye Bakı şəhərinə axışır".

 
Xəbər 922 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR