Qadın sənədsiz sürdüyü avtomobillə 64 yaşlı kişini vurdu - Bakıda

Qadın sənədsiz sürdüyü avtomobillə 64 yaşlı kişini vurdu   - Bakıda

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib.

İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib. Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. //Lent.az

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR