Prezidentin yeni fərmanı nə vəd edir? – Ekspert

Prezidentin yeni fərmanı nə vəd edir? –   Ekspert

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur.

Son fərman “ASAN Xidmət”in fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq.

Bəs, yeni fərman nələr vəd edir?

Aktual.az xəbər verir ki, bu suala tanınmış iqtisadçı Vüqar Bayramov cavab verib.

Ekspert hesab edir ki, sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq:
“Belə ki, bu məqsədlə “Elektron lisenziya” portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə durmaq, nə də çoxlu sənəd toplamaq tələb ediləcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək.

Fərman eyni zamanda vətəndaşların arayış almaq problemini həll edəcək. Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcəklər. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.

Beləliklə, “ASAN Xidmət”in səlahiyyətləri genişlənməkdə davam edir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir”.

Xəbər 1157 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR