“Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” – Prezidentin köməkçisi

“Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” – Prezidentin köməkçisi

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb”.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün "Facebook” səhifəsində bildirib.
N.Məmmədov qeyd edib: "Davos İqtisadi Forumu dünəndən işə başladı. Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq".

Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR