Prezident xanımını nazir təyin etdi

Prezident xanımını nazir təyin etdi

Uqanda prezidenti Yoveri Kaquta Museveni həyat yoldaşını nazir təyin edib.

Aktual.az aznews.az-a istinadən bildirir ki, 67 yaşlı Canet Musevini ölkənin təhsil və idman naziri olub. Prezidentin xanımı ilə birgə parlamentdə çalışmış keçmiş müxalifət partiyası üzvü Ken Lukyamuzi bu təyinatın Uqanda prezidentinin siyasətinin bir parçası olduğunu qeyd edib: "Bu təyinat gözlənilən idi. Musevini öz ailəsini Uqanda siyasətinə cəlb etmək üçün fəal çalışır. Bu yaxınlarda o, oğluna general-mayor adı almaq üçün kömək etdi. İndi isə xanımı yenidən nazir təyin edilib".

Qeyd edək ki, keçmiş millət vəkili Canet Musevini ölkədə tanınmış siyasi xadimdir. O, 2011-ci ildən Karamoca işləri üzrə nazir vəzifəsini daşıyıb.

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR