Prezident seçkiləri ilə bağlı bu prosedur bu gün başa çatır

Prezident seçkiləri ilə bağlı bu prosedur bu gün başa çatır

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

Aktual.az Trend-ə istinadən bildirir ki, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.
Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.
Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.
 
Aktual.az
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR