Prezident Londonda imzalanmış sazişi təsdiq etdi

Prezident Londonda imzalanmış sazişi təsdiq etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış Sazişin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb. 

Aktual.az

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR