Prezident iki sazişi təsdiqlədi

Prezident iki sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan və Argentina hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, sözügedən saziş cari ilin sentyabrın 22-də Bakıda imzalanıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Argentina hökumətinə bildiriş göndərəcək.

Bundan başqa, prezident İlham Əliyev Azərbaycanla Uruqvay arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə də fərman imzalayıb. Sənəd cari ilin sentyabrın 16-da Bakıda imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Öz növbəsində, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Uruqvay hökumətinə bildiriş göndərəcək.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR