Prezident iki ölkəyə səfir təyin etdi

Prezident iki ölkəyə səfir təyin etdi

Prezident İlham Əliyev iki ölkəyə səfir təyin edib.

Aktual.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstan Respublikasında, Ülvi Vaqif oğlu Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı, Lətif Seyfəddin oğlu Qəndilov Belarusdakı səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR