Prezident Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi

Prezident Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.
Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR