Oman İranın təklifini rədd etdi

Oman İranın təklifini rədd etdi

İranın xarici işlər naziri Abbas Arakçı Omana səfəri zamanı Hörmüz boğazında iki ölkənin nəzarəti bölüşəcəyi planı müzakirə edib, ancaq Oman bu təklifi rədd edib.
Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Post” qəzeti bir neçə məlumatlı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, müharibənin ilk həftələrində İslam Respublikası tərəfindən hədəfə alınan Oman plana qarşı çıxıb və bu da Tehranın həyati əhəmiyyətli neft keçidi üzərində nəzarəti tam təmin etmək səylərində çətinlik yaradıb.
Vasitəçilik səyləri ilə tanış olan mənbə bildirib ki, Körfəz ölkələri İranın hücumlarını bağışlaya bilər, ancaq onlar Tehranın əməllərini heç vaxt unutmayacaqlar və İranın boğaza nəzarət etməsinə və ya oradan keçən gəmilərdən rüsum almasına icazə verməyəcəklər.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR