Prezident: "Biz sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”

Prezident:

"25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”. 

Aktual.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.

Dövlət başçısı qeyd edib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur: "Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.

Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: "Yaşasın müstəqil Azərbyacan Respublikası!”. 

Xəbər 662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR