PKK-nın yeni qanadı yarandı

PKK-nın yeni qanadı yarandı
  • DÜNYA

PKK Hakkarinin Yüksəkova əyalətində yenidən təşkilatlanmağa başlayıb.

Aktual.az axar.az-a istinadən bildirir ki, silahlı birləşmənin "Sivil Müdafiə Birlikləri" adlı qanadının qurulduğu açıqlanıb.

Təşkilatın bəyanatında bu torpaqlarda öldürülən hər kəsin qisasının alınacağı vurğulanıb.

Baş nazir Əhməd Davudoğlu Şırnakın Cizrə bölgəsinə, Hakkarinin Yüksəkova əyalətinə xüsusi təhlükəsizlik qüvvələri göndəriləcəyini söyləyib. Baş nazirin bu çıxışından sonra PKK-nın adıçəkilən qanadı təsis olunub.

Qeyd edək ki, son aylarda hər iki regionda PKK tərəfdarları fəallaşıblar.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR