Parlamentin iclası başladı: “Biz hamımız bu aksiyanı dəstəkləyirik”

Parlamentin iclası başladı: “Biz hamımız bu aksiyanı dəstəkləyirik”

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Komitə sədri Siyavuş Novruzov çıxışında Şuşa-Laçın yolunda davam edən aksiyada bəhs etdi. Bildirdi ki, etirazçılar haqlı olaraq Rusiya sülhməramlılarının erməni separatçıları ilə birləşməsini, eyni zamanda İrandan gəlmiş terrorçuların ordan çıxarılmasını, ekologiya terroruna son qoyulmasını tələb edirlər. "Biz hamımız bu aksiyanı dəstəkləyirik, onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqq yolla gedirlər”-deputat bildirdi.
S.Novruzov dedi ki, gənclərimiz çox aktiv şəkildə bu prosesdə iştirak edir. Qeyd etdi ki, Azərbaycan bəzilərinin gözləntilərinə rəğmən, gəncliyi nəinki torpaqlarımızın işğal faktını unutdu, əksinə, köhnə nəsildən də daha həssas münasibət bəslədiklərini sübuta yetirdilər: O qeyd etdi ki, vaxtilə 20 Yanvar hadisələrində Azərbaycan xalqı necə ayağa qalxmışdısa, gənclərimiz necə sinəsini sovet tanklarına sipər etmişdisə, bu gün də gənclərimiz fədakarlıq nümayiş etdirirlər. "Belə gəncləri, Ali Baş Komandanı olan millət həmişə qələbəyə layiqdir”-deputat bildirdi.(musavat)


Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR