Parisdə Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb - YENİLƏNİB

Parisdə Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.


Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 
Görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. 
Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.
Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

****

Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb.


APA-nın məlumatına görə, görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

 
Aktual.az
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR