Pakistan ermənilərin dinc sakinləri hədəfə almasını pislədi

Pakistan ermənilərin dinc sakinləri hədəfə almasını pislədi

Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc Azərbaycan sakinlərinin hədəfə alınmasını və aralarında 2 yaşlı qız da olmaqla, insanların həyatını itirməsi ilə nəticələnən hadisəni pisləyir.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz Azərbaycan xalqının indiki hisslərini yaxşı anlayırıq. Belə ki, Hindistan qüvvələri də Hindistan tərəfindən işğal olunmuş Kəşmir ərazisində yerləşən nəzarət xəttindən azad Cammu və Kəşmir əhalisini məqsədyönlü şəkildə hər gün hədəfə alır. Nəticədə çoxlu sayda günahsız dinc sakinlər, o cümlədən uşaqlar ölür, dinc əhalinin mülkünə zərər vurulur”, - deyə bəyanatda bildirilir. (apa)
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR