"Opinionway" araşdırma şirkəti: əhalinin 78,8 faizi Prezident İlham Əliyevin fəaliyyətini təqdir edir


Aktual.az bildirir ki, Fransanın "Opinionway" Yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğu 1200 nəfər ölkənin yetkinlik yaşına çatmış qeydiyyatlı əhalisi arasında aparılıb.

Sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığım qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%, 19,1 % isə suala cavab vermək istəməyiblər.

"Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?" sualına respondentlərin 54,1%-i "Yaxşılaşır", 28,2%-i "Dəyişmir", 9,3%-i "Pisləşir" cavabım veriblər. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkiblər.

"Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən Siz nə qədər razısımz?" sualına respondentlərin cavabları belə olub:

1. Milli təhlükəsizliyin təmin olunması - 71,4% "Çox razıyam", 10,8% - "Razı deyiləm", 17,8% - "Bilmirəm"
- Cinayətkarlıqla mübarizə - 68,4% - "Çox razıyam", 16,9% - "Razı deyiləm", 14,7% "Bilmirəm"
- İnsan haqlarınm vəziyyəti - 69,8% - "Çox razıyam", 12,5% - "Razı deyiləm", 17,7% "Bilmirəm"
2. Təhsilin səviyyəsi - 48,8% - "Çox razıyam", 41,3% - "Razı deyiləm", 9,9% - "Bilmirəm"
3. Korrupsiya ilə mübarizə - 71,2% "Çox razıyam", 18,1% - "Razı deyiləm", 10,7% - "Bilmirəm"
4. İş əldə etmək imkanları - 51.8% "Çox razıyam", 11,8% - "Razı deyiləm", 18,2% - "Bilmirəm"

"Azərbaycan Respublikasmda siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısmız?" sualına respondentlərin 50,8%-i "Çox razıyam", 21,9 %-i - "qismən razıyam", 14,7 %-i - "razı deyiləm", 12,6 %-i isə "bilmirəm" cavablarım veriblər.

"Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?" sualını cavablandıran respondentlərin 78,8 %-i "Çox qane edir", 11,8 %-i - "Qismən qane edir", 5 %-i - "Qismən qane etmir", 2,9 %-i - "qətiyyən qane etmir" cavablarmı qeyd ediblər. 1,5 % respondent "bilmirəm" cavabı veriblər.

Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər "Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır?" sualma bu cavabları veriblər:

Dağlıq Qarabağ - 66,5 %,
İqtisadi - 30,8 %,
Təhsil - 23,3 %,
Ətraf mühit - 11,7 %,
İnsan haqları - 9,0 %,
Vergilərin çoxluğu - 8,5 %,
Milli təhlükəsizlik - 1,7 %,
Bilmirəm - 6,3 %

1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası Sizin üçün nə dərəcədə maraqlıdır? Sualına respondentlərin cavabları belə olub:

Çox maraqlıdır - 41,2 %,
Qismən maraqlıdır - 35,3 %,
Demək olar ki, maraqsızdır - 9,6 %,
Heç maraqlı deyil - 11,5 %,
Bilmirəm - 2,4 %

Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 %-i - ola bilsin ki iştirak edəcəklər, 7,7 %-i ola bilsin ki iştirak etməyəcəklər, 9 %-i isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər. 8,3 % isə bu barədə hələ qərar vermədiklərini bildiriblər.

"Yaşadığımz seçki dairəsindən seçilmiş deputatm öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?" sualına 39,6 % Tam qane edir, 33,8 % - qismən qane edir, 10,8 % - qismən qane etmir, 9,8 %-i - qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarmı veriblər.

"Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fıkrindəsiniz?" sualını respondentlər aşağıdakı cavabları veriblər:

İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 %
Müxalifət partiyasının namizədini - 6,0%
Bitərəf namizədi - 16,4%
Bilmirəm - 5,9%

Respondentlərin 71 %-i "Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini istərdi, 22,3 %-i - başqa bir deputatın seçilməsini istərdi. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkiblər.

"Sizin əsas məlumat mənbəyiniz hansılardır?" sualına respondentlər aşağıdakı cavabları veriblər:

İqtidaryönlü qəzetlər -31,1 % Müxalifətyönlü qəzetlər - 11 %
Müstəqil qəzetlər - 28,4%
Azərbaycan Televiziyası (AzTV) - 41,0% İctimai kanal - 38,3%
Özəl televiziya kanalları - 67,9%
Dövlət radio dalğaları - 17,4%
Özəl radiolar - 9,5%
İnternet - 35,8%
Müxtəlif insanlar - 24,4%.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR