Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi Con Fridman bildirib.

“Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, - deyə Fridman qeyd edib.

Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.

Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR