ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardım göstərilməsi, yenidənqurma işlərinin dəstəklənməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini qəbul edib.
Aktual.azxəbər verir ki, bu barədə "Hill” məlumat yayıb.
Məlumata görə, qanun layihəsini 226 konqresmen dəstəkləyib, 195 nəfər əleyhinə səs verib.
Sənəd komitələrdən yan keçərək xüsusi petisiya prosedurundan istifadə etməklə səsverməyə çıxarılıb. Ukraynanın yenidən qurulması və Rusiyaya qarşı sanksiyaların maliyyələşdirilməsi ilə yanaşı, qanun layihəsi Rusiyanın təsirinə qarşı mübarizəni, Baltikyanı ölkələrə əlavə təhlükəsizlik yardımının ayrılmasını və Ukraynaya silah alışı üçün Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində kreditlərin verilməsini nəzərdə tutur.
Xəbər 50 dəfə oxunub.