Niyaməddin Orduxanlı: “Vidadi başda olmaqla o tualet böcəklərinə qoşulub..."

Niyaməddin Orduxanlı: “Vidadi başda olmaqla o tualet böcəklərinə qoşulub...

Keçmiş vəkil Aslan İsmayılov YAP icra katibinin müavini Siyavuş Novruzovun milli azadlıq hərəkatının üzvlərinə müraciətindən isitfadə edirək, özünün facebook sosial şəbəkəsində BAXCP sədri, qeydə alınmış prezidentliyə namizəd Qüdrət Həsənquliyevi və müavini Niyaməddin Orduxanlını hədəfə alıb. Aslan İsmayılova qarşı tərəfin cavabı özünü çox gözlətməyib. BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı da özünün facebook profilində çox sərt cavab verib və Aslan İsmayılovu hər zaman yalan, böhtan-şər atmaqda günahlandırıb:
"Aslan İsmayılov, Vidadi başda olmaqla o tualet böcəklərinə qoşulub...
Aslan İsmayılov yenə də özünü yuyulmamış qaşıq kimi ortaya atır! Keçən il mətbuatda BAXCP lideri Qüdrət Həsənquliyevlə İlham Rəhimov arasında Qarabağla bağlı müzakirələrin getdiyi bir ərəfədə, Aslan İsmayılov yuyulmamış qaşığ kimi özünü ortaya atıb İlham Rəhimova yalaqlanmaq, yaltaqlanmaq üçün liderim Qüdrət Həsənquliyevin ünvanına təhqir yağdırdı. İnsanlığa yaraşmayan fikirlər bildirdi. (Buna görə Qüdrət bəy onu məhkəməyə verib və yaxın zamanlarda məhkəmə qarşısında cavab verəcək!). İndi də, insan nə qədər həyasız olar ki, özünün təhqirlərini unudub və başqasına şər-böhtan ata! Məni yaxından tanıyan insanlar bilir ki, çox gənc yaşlarımdam siyasətə qatılmışam. Bu günə qədər bir insan bir faktı göstərə bilməz ki, 25 ildə kiminsə ailəsini, özünü təhqir edim və bununla bağlı ölkə mətbuatında açıqlama verim! Aslan İsmayılova və digər şəxslərə yalnız liderim Qüdrət Həsənquliyevi təhqir etdiyinə görə cavab hüququmdan istifadə etmişəm! Və bu da mənim mənəvi borcum olub! Bundan qürur duyuram! Bundan sonra da kimsə, mənim liderim Qüdrət Həsənquliyev haqqında əxlaqdan kənar yazacaqsa, yenə qarşısında məni görəcək! İndi utanmadan Aslan İsmayılov yalan danışıb deyir ki, mən guya Əli Kərimlinin evi qarşısından keçirilən aksiyada söyüş söymüşəm, onun ailəsini təhiqr etmişəm. Kim yalan danışırsa, onun şərəfinə lənət olsun! O zaman aksiyada bir dəfə iştirak etmişəm və mən yalnız Əli Kərimlini siyasi mövqeyinə görə tənqid etmişəm! Həmin çıxışımı bir daha facebook da bu yazının altına yerləşdirib yayıram. Baxın və görün, bir cümlə belə onun haqqında, ailəsi haqqında ifadə işlətmişəm?! Qətiyyən tapa bilmərsiniz! Çünki bizim mübarizəmizdə bu cür mənəviyyatsızlıq yoxdur! Bunu ancaq riyakarcasına Aslan İsmayılov kimi ləyaqətini, şərəfini itirmiş ikiüzlü insanlar edə bilər! Necə ki, bu gün o bunu edir! 
Aslan Ismayılov, qəbrin təhqir olunmasını haqlı olaraq əxlaqsızlıq kimi qiymətləndirirsən, bəs bu fakta qədər Prezident və digər şəxslərin ailəsinin təhqir olunmasına niyə münasibət bildirməmisən?! Vətəndaş müharibəsi astanasında olduğumuzdan hey danışırsan, gözündə qalacaq bu arzun! Elə bilirsən "gülləm olsaydı vurardım" deyəndə hansı ismarıcları verdiyin başa düşülmür?! Sənin tülkülüyün 1993-cü ildə keçərdi, indi 2018-dir...
Yadında saxla, sən Qüdrət Həsənquliyevin kəsilib atılan dırnağı ola bilmərsən! Nə qədər istəyirsən Vidadi başda olmaqla o tualet böcəklərinə qoşulub, küçüklər aya hürən kimi, sizlər də Qüdrət bəyə qarşı hürə bilərsiniz..."
 
Xəbər 19074 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR