Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

"Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam”.
Aktual.az xəbər verir ki, bu fikirləri azərtac-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib.
Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib:
"Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm”.

Xəbər 108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR