Prezident ABŞ hərbçilərinin ölkəsində qalmasını istəyir

Prezident ABŞ hərbçilərinin ölkəsində qalmasını istəyir

Əfqanıstan prezidenti Əşrəf Qani Amerika hərbçilərinin ölkəsində qalma müddətinin artırılmasını dəstəkləyib.

 

ABŞ-da səfərdə olan dövlət başçısı bildirib ki, ABŞ Silahlı Qüvvələrinin gələcəkdə də Əfqanıstanda qalmasına ehtiyacı var və əfqanların buna etiraz etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

“Əfqanıstan vətəndaşları hesab edirlər ki, Birləşmiş Ştatlar onların gələcəyi üçün həlledici mahiyyət daşıyır” - deyə Əfqanıstan lideri CNN kanalına açıqlamasında bildirib. Prezident qeyd edib ki, Kabil və Vaşinqtonu faciə yaxınlaşdırıb: “İndi demək olar ki, Əfqanıstan və ABŞ-ın ortaq maraqları mövcuddur. Bizim gündəlik qarşılaşdığımız təhdidlər bütün dünyaya təhlükə törədir”.

 

Ə. Qani 2014-cü ilin sentyabrında Əfqanıstan prezidenti vəzifəsinin icrasına başladığı vaxtdan bəri ilk dəfə ötən gün ABŞ-a səfər edib.

 

Martın 23-də onun ABŞ prezidenti Barak Obama ilə görüşü keçiriləcək. Həmçinin dövlət Katibi Con Kerri və müdafiə naziri Eşton Karterlə də danışıqların aparılması gözlənilir.

 

ABŞ-ın Əfqanıstandakı hərbi birləşmələrinin sayını azaltmaqdan imtina etməsi ilə bağlı xəbərlər martın ortalarında mətbuatda yayılıb. “Associated Press”in yaydığı xəbərə görə, gələn il ölkədə 9800 amerikalı hərbçi qalacaq. Hazırda Əfqanıstanda bu qədər hərbçi mövcuddur, lakin daha əvvəl rəsmi Pentaqon onların sayının ilin sonuna kimi təxminən 2 dəfə azalacağı, yəni 5500-ə çatdırılacağı barədə məlumat yaymışdı.

 

Fevralın sonunda Kabilə reallaşdırdığı səfər zamanı ABŞ müdafiə naziri Eşton Karter də Amerika hərbçilərinin ölkədən çıxarılması müddətinə yenidən baxılacağını istisna etməyib.

 

Qeyd edək ki, Əfqanıstanda 10 minlik Amerika ordusunun korpusu, o cümlədən 3 min NATO ölkələri hərbçisi fəaliyyət göstərir. ABŞ-ın planına əsasən, 2015-ci ilin sonuna kimi ölkədə 5 min amerikalı hərbçi qalmalı, 2016-cı ilin sonun kimi isə bütün xarici hərbçilər Əfqanıstandan çıxarılmalıdır.(APA)


Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR