Yeni baş məşqçilərlə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub.
Aktual.az xəbər verir ki, bunu "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev deyib.
O, baş məşqçi postundan istefa verən Roman Qriqorçukun gedişi barədə danışıb:
"Azarkeşlərin məyusluğunu başa düşürük. Futbolda bu cür hallar olur. "Neftçi" bu cür uğursuzluğa düçar olan ilk komanda deyil. Məncə klub rəhbərliyi əlindən gələni edir. Mövsümün əvvəlində işlərə çox həvəslə başladıq. Yəqin ki, bütün futbol ictimayyəti bunun şahidi oldu. Roman Qriqorçuk kifayət qədər peşəkar məşqçi idi. Təəssüf ki, onun gördüyü işlərdən sonra uğur qazanılmadı. Yeni baş məşqçinin yerli və yaxud əcnəbi olacağını indidən söyləmək mümkün deyil. Bununla bağlı müəyyən müzakirələr aparırırq. Yeni baş məşqçilərlə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub".
Xəbər 198 dəfə oxunub.