Neftçalada sürücü sükan arxasında ölüb

Neftçalada sürücü sükan arxasında ölüb

Sürücü sükan arxasında dünyasını dəyişib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara rayon sakini, 1952-ci il təvəllüdlü Cəfərov Əliağa Hacıbaba oğlu idarə etdiyi "Mitsubishi” markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında ürəktutmadan dünyasını dəyişib. Nəticədə avtomobil yolun kənarına aşıb, sürücünün avtomobildə olan həyat yoldaşı xəsarət alıb. Meyit müayinə olunmaq üçün Cəlilabad rayonundakı "morqa” aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR