"Neft qiyməti 30 dollar və daha aşağı olacaq" - Rusiya maliyyə naziri


2016-cı ildə neft qiymətləri müvəqqəti olaraq bir barel üçün 30 dollar səviyyəsinə enəcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov bildirib.

“Ola bilsin ki, müəyyən dövrlərdə bu olacaq, ola bilsin neft qiymətləri 30 dollardan da aşağı olacaq. Biz bilmirik”, - deyə Silunov vurğulayıb.

Nazir əlavə edib ki, makroiqtisadi vəziyyət dəyişib: “Biz büdcədə neftin qiymətini 50 dollardan götürmüşük, indi isə qiymət 36-37 dollar arasında dəyişir. Bundan sonra olacaqlar qeyri-müəyyəndir”.

Siluanov, həmçinin çətin dövrlərə hazır olmağa da çağırıb: “Bir il əvvəl, əgər bizə desəydilər ki, neft 40 dollardan aşağı olacaq, yəqin ki, hamı sadəcə gülərdi”.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR