Neft 80 dollar səviyyəsinə qayıtmayacaq - Hüseyni

Neft 80 dollar səviyyəsinə qayıtmayacaq - Hüseyni

Hörmüz boğazı açılsa da, neftin qiyməti 80 dollardan aşağı düşməyəcək.
Aktual.az xəbər verir ki, bunu İran Neft Məhsulları İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni deyib.
"Neftin real qiyməti baza dərəcəsindən yüksəkdir və İran-ABŞ danışıqları, dəniz blokadası və Hörmüz boğazındakı vəziyyət kimi siyasi hadisələrin təsiri altında dəyişir”, - o bildirib.
Hüseyni məhdudiyyətlərin davam edəcəyi təqdirdə neftin qiymətinin 150 dolları keçəcəyini söyləyib:
"Hətta müharibənin sonu və marşrutların yenidən açılması ilə belə normal vəziyyətə qayıtmaq üçün vaxt lazım olacaq və qiymətlərin 80 dollardan aşağı düşməsi ehtimalı azdır”.
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR