Nazirliyin itləri şagirdlərə hücum edibmi? - Rəsmi açıqlama

Nazirliyin itləri şagirdlərə hücum edibmi? - Rəsmi açıqlama

"Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb".

Aktual.az  xəbər verir ki, bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır: "Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur".
 
Aktual.az
Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR