Nazirlik yoxlamaların nəticələrini açıqladı - 32 direktor işdən çıxarılıb

Nazirlik yoxlamaların nəticələrini açıqladı   - 32 direktor işdən çıxarılıb

2015-ci ildən bu ilin mart ayına kimi Təhsil Nazirliyinin tabeliyinə daxil olan təşkil və müəssisələrdə aparılan audit yoxlamalarının nəticələri açıqlanıb. 


Aktual.az Report-a istinadən xəbər verir ki, media nümayəndələri üçün keçirilən təlimdə çıxış edən edən nazirliyin Audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev bildirib ki, bu müddət ərzində 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb.

Onun sözlərinə görə, yoxlamalar nəticəsində 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə intizam tənbehi tədbiri görülüb: "Şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisəsə və 32 orta məktəb direkotur tutduğu vəzifədən azad olunub. Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülüb. Peşə məktəbinin direktor əvəzi və baş mühasibi tutduğu vəzifədən azad edilib. 10643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib".

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR