Nazirlik müəssisəni cərimələdi - Tullantıların yandırılmasına görə

Nazirlik müəssisəni cərimələdi - Tullantıların yandırılmasına görə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Aktual.az-a verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən "Üzeyir 2" kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR