Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı məlumat yaydı

Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı   məlumat yaydı

Daxili İşlər Nazirliyi ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb.

Aktual.az nazirliyin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində mayın 2-də Bakı şəhər sakini Mirzə Hüseynovu qətlə yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Elçin Cavadov tutulub.

Bundan başqa mayın 5-də Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Fatma İbrahimxəlilovanın həyətində qonşusu Rafiq Şıxverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. F.İbrahimxəlilova hadisə yerində ölüb.

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxverdiyev tutulub.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR