Nazirlərin görüşü ilə bağlı XİN-dən açıqlama

Nazirlərin görüşü ilə bağlı XİN-dən açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarov və  Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Aktual.az-a  açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR