"Bütün idmançılara uğurlar arzulayıram, onlara inanırıq".
Aktual.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı danışarkən deyib.
Nazir Azərbaycan komandasının bu gün yarışa yollandığı üçün bayram əhvali-ruhiyyəsində olduqlarını bildirib: "Böyük nümayəndə heyətimiz var. İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm".
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.
Xəbər 427 dəfə oxunub.