Nazarbayev yeni hökumət başçısı təyin edib

Nazarbayev yeni hökumət başçısı təyin edib
  • DÜNYA

Qazaxıstan Nazirlər Kabinetinə daha əvvəl respublika baş naziri vəzifəsini müvəqqəti icra edən Askar Mamin rəhbərlik edəcək.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə müvafiq fərmanı Prezident Nursultan Nazarbayev imzalayıb.
"Dövlət başçısı Askar Maminin Qazaxıstanın Baş naziri təyin edilməsi barədə fərman imzalayıb”, – Prezidentin mətbuat xidmətinin "Twitter”dəki məlumatında deyilir.
Xatırladaq ki, daha əvvəl Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə hökumətini istefaya göndərib. Daha sonra isə Askar Mamin Qazaxıstan baş naziri vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin olunub.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR