Müstəqil araşdırma şirkəti tərəfindən keçirilmiş müştəri loyallığı
indeksi (Net Promoter Score – NPS) araşdırmasının nəticələrinə əsasən, "Nar”
mobil internet istifadəçilərinin sayındakı artım tempinə görə mobil rabitə
bazarında ən yüksək nəticəyə nail olmuşdur. Operator mobil internet istifadəçilərinin
sayında nəzərəçarpacaq artıma məhz genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə
yanaşı, abunəçilərə sərfəli təkliflər və müxtəlif internet paketləri təqdim etməklə
müvəffəq olmuşdur.
Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin
şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi (Friends and Family –
F&F), eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə
görə "Nar” NPS indeksi yüksək nəticə göstərmişdir. Mobil internetin keyfiyyəti,
xüsusi kampaniya və təkliflər, həmçinin zəng xidməti üzrə müştəri məmnuniyyəti
göstəricisi isə 18%-dək artaraq ən yüksək həddə çatmışdır.
Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə
keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də "Nar” şəbəkəsi
mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail
olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3
Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri
təcrübəsinə əsaslanmışdı.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi
strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və
səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini
təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən
artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart
2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə vermişdir.
Xəbər 106 dəfə oxunub.