Namaz qılan deputatlarımız – SİYAHI

Namaz qılan deputatlarımız  – SİYAHI

Hər bir müsəlmanın borcudur ki, namaz qılıb, oruc tutub, Allaha ibadət etsin.

Aktual.az bu yazıda namaz qılıb, oruc tutan, ibadət edən deputatlardan bəhs edəcək.

Milli Məclisin deputatı Qənirə Paşayeva gərgin iş qrafikinə baxmayaraq, ibadətdən qalmır.

Milli Məclisin deputatı Etibar Hüseynov də ibadət edən deputatlar arasındadır. Bir neçə dəfə Həcc ziyarətində olan deputat deyilənə görə, çox nadir hallarda qəza edir.

Milli Məclisin deputatı Novruz Aslanov da ibadət edir. O, da deputat həmkarı Etibar Hüseynov kimi, Həcc ziyarətində olub.

Milli Məclisin deputatı Madər Musayev də namaz qılır. Cəmiyyət arasında Hacı Madər kimi tanınan deputat cümə günləri məsciddə ibadət edir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da namaz qılan deputatlardandır.

Milli Məclisin deputatı Qalib Salahzadə 26 dəfə Həcc ziyarətində olub. Cəmiyyətdə Hacı Qalib kimi çağırılan deputat qəza etmir və ən vacib işləri olanda belə ibadətdən qalmır.

Milli Məclisin deputatı Cavanşir Paşazadə də namaz qılır. Qardaşı bütün Qafqazın şeyxi olan deputat uşaq yaşlarından dinə meyllidir.

Milli Məclisin deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə 12 ilə yaxındır ibadət edir.

Milli Məclisin digər deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da ibadət əhlidir. O neçə illərdir ibadətlə məşğuldur. Deputat 1993-cü ildən oruc tutur, namaz qılır. Tez-tez cümə namazlarında camaatla birgə namaz qılır.

Adnan/Aktual.az

Xəbər 12913 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR