Müğənnilərə BƏD xəbər: kameralar quraşdırıldı

Müğənnilərə BƏD xəbər:   kameralar quraşdırıldı

"Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb".

Aktual.az APA-ya istinadən bildirir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi də yekunlaşıb: "Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiklərini və getdiklərini, o cümlədən aldıqları qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaqlar. Vergilər Nazirliyi müğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədikləri məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq".

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR