MTRŞ sədrinin ANS-ə qarşı qərarı qüvvədə qaldı

MTRŞ sədrinin ANS-ə qarşı qərarı qüvvədə qaldı

Sabil Rayon Məhkəməsində MTRŞ sədrinin 26 fakt üzrə ANS ÇM Yayım və Media şirkətinə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə 4 fevral 2016-cı il tarixli qərarından verilən şikayətlərə baxılıb.


Aktual.az lent az-a istinadən bildirir ki, Səbail Rayon Məhkəməsi MTRŞ sədrinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR