MTRŞ ATV-də yayımlanan filmdəki açıq-saçıq səhnələrdən DANIŞDI

MTRŞ ATV-də yayımlanan filmdəki açıq-saçıq səhnələrdən   DANIŞDI

"Azad Azərbaycan" (ATV) televiziyasında yayımlanan "Gecə qonağı" filminə monitorinq qrupumuz tərəfindən baxılıb və yer alan müəyyən səhnələr qanun pozuntusu kimi qəbul edilməyib.


Aktual.az report-a istinadən bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir: ""Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orada müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil. Bu cür filmlər və verilşlərin 23:00-dan səhər saat 7:00-dək verilməsinə mövcud qaydalar imkan verir".

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR