"MTN işi" ilə bağlı külli miqdarda mənimsəmə - YENİ FAKT


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var.

Aktual.az lent.az- a istinadən bildirir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, hazırda həbsdə olan MTN-in Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə-qorxu yolu ilə alıblar.

Vəkil onu da bildirib ki, artıq bununla bağlı müvəkkili Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Faktla bağlı araşdırma başlanılıb.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR