Moskvada yeni tufan xəbərdarlığı

Moskvada yeni tufan xəbərdarlığı

Yaxın saatlarda Moskvada leysan yağışları başlayacaq.

"Ölkə.Az" xəbər verir ki, leysanla yanaşı dolu və güclü külək də gözlənilir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Moskvada güclü yağış, tufan, dolu gözlənilir. Tufan vaxtı güclü külək əsəcək. Küləyin sürəti saniyədə 15-20 metrə çatacaq".

Sinoptiklərin məlumatına əsasən qeyri-sabit hava şəraiti yaxın saatlarda başlayacaq və növbəti günün səhərinə qədər davam edəcək.

Qeyd edilir ki, leysan yağışları yolları iflic edəcək və tıxaclar yaranacaq.
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR