Miqrasiya Xidməti rəhbərliyinə yeni təyinat

Miqrasiya Xidməti rəhbərliyinə yeni təyinat

Əli Nağıyevin qardaşı DMX rəisinin birinci müavini oldu

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan prezidentiİlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. R. Mehdiyev Azərbaycan prezidentiİlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.
Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.

Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR