Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib
  • İDMAN

"Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.
Aktual.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.
"Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb - 3:3.
Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın "Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi "Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR