Mingəçevir şəhərində gənclərə təlimçilik bacarıqları öyrədilir

Mingəçevir şəhərində  gənclərə təlimçilik bacarıqları öyrədilir

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində silsilə təlim proqramına başlayıb.


Əsas məqsəd regionlarda fəaliyyət göstərən gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunması, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir.

Bu gün öz işinə başlayan təlim-görüşü açıq elan edən Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirib ki, region gəncləri üçün qeyri-formal təhsil proqramlarının təşkilinin və bu işin mütəmadi davam etdirilməsi zəruridir. Gənclərin müxtəlif istiqamətlərdə təlim keçməsində bacarıqlı təlimçilərə ehtiyac duyulur. Buna görə Mingəçevirdəki Gənclər Evində də yaradacağımız təlimçilər klubu bu istiqamətdə əsaslı işlər görəcək.

Daha sonra təlim öz işini davam etdirmişdir. Təlimləri Mingəçevir şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Sahil Hüseynov və Gənclər üçün Təhsil Mərkəzinin eksperti Kamal Əhmədov keçmişdir. Proqram çərçivəsində iştirakçılara qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi və s. mövzular tədris olunmuşdur. Təlimlərlə yanaşı, gənclər üçün praktik məşğələlər də təşkil edilmişdir.

Qeyd edək ki, pilot layihənin Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Sabirabad rayonlarında yerləşən gənclər evlərini əhatə etməsi nəzərdə tutulub.



Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR